
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Yevda Abramov maraqlı təkliflə çıxış edib.
Modern.az xəbər verir ki, deputat Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə Bakıya qəhrəman şəhər statusunun verilməsini təklif edib.
Deputatın bu təklifini yüksək qiymətləndirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, müharibənin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük olub: “Təəssüf ki, Mixail Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Narişkinin qarşısında bu məsələni qaldırmışdı. Hər halda, bu məsələnin həlli Rusiyadan asılıdır”.
Aqşin KƏRİMOV