Modern.az

Dünya futbol tarixində YENILIK - 2022-ci il dünya çempionatı noyabrda keçiriləcək

Dünya futbol tarixində YENILIK - 2022-ci il dünya çempionatı noyabrda keçiriləcək

Təhsil

24 Fevral 2015, 14:50


Dünya futbol tarixində bir yeniliyə imza atılacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, FIFA 2022-ci il Dünya Kubokunun noyabr-dekabr aylarında keçiriləcəyini rəsmi olaraq açıqlayıb.

FIFAnın internet saytında yayılan məlumata görə, beynəlxalq matç təqvimini təyin edən işçi qrupun Qətərin paytaxtı Dohada  təşkil edilən son yığıncağında 2022-ci il Dünya Kubokunun oynanması üçün ən uyğun vaxtın noyabr-dekabr ayları olması haqda yekdil fikrə gəlinib. Açıqlamada qeyd edilir ki, Qətərdə havanın istiliyinin futbolçuların və  azarkeşlərin sağlamlığına zərər gətirəcəyi səbəbi ilə 2022-ci il Dünya  Kubokunun iyun ayında təşkil edilməsinə müsbət yanaşılmayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...