
Türkiyənin 11-ci prezidenti Abdulla Gülün atası Həmdi Gül təcili xəstəxanaya yerləşdirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Həmdi Gül idrar yollarında yaranan problem səbəbindən Kayseri Acıbadəm xəstəxanasına aparılıb. Xəstəxananın baş həkimi Ömər Akbeyazın dediyinə görə, ata Gül hazırda özəl palatada müalicə olunur və səhhətində o qədər də ciddi problem yoxdur.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00 radələrində Abdulla Gül Kayseriyə gələrək atasını ziyarət edib.
Elmin Nuri