Modern.az

İlham Əliyev: “Azərbaycan-Türkiyə birliyi bölgədə sabitliyin təminatçısıdır”

İlham Əliyev: “Azərbaycan-Türkiyə birliyi bölgədə sabitliyin təminatçısıdır”

Təhsil

25 Fevral 2015, 13:08


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi işinə yeni təkan verəcəyinə əminliyini bildirib. Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının uğurla keçdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı birgə fəaliyyətlə bağlı gələcək planların müzakirəsinin önəmini qeyd edib. Türkiyə-Azərbaycan əlaqələrinin xalqlarımız və region, eləcə də dünya üçün çox böyük əhəmiyyətə malik olduğunu deyən dövlət başçısı ölkələrimiz arasında mövcud birliyin bölgədə sabitliyin təminatçısı olduğunu da vurğulayıb.

Mövlud Çavuşoğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını İlham Əliyevə çatdırıb. Mövlud Çavuşoğlu Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd  edib.

Görüşdə Bakı-Tbilisi-Qars, TANAP layihələri, hərbi-texniki əməkdaşlıq və əlaqələrimizin digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı