Elmar Məmmədyarov Türkiyə XİN rəhbəri ilə görüşünün bəzi detalları barədə də məlumat verib:
"Həmkarıma Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumat verdim.
Həmçinin Azərbaycan, İran, Türkiyə, eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri formatında növbəti görüşün keçirilməsi məsələsinə də toxunduq. Bu Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması ilə tanış olmaq üçün Gürcüstanda görüşəcəyik”.
Türkiyəli nazir M.Çavuşoğlu isə deyib ki, ölkəsi Xocalı soyqırımını qınayır: “Mənim Bakiya səfərim Xocalı soyqırımının növbəti ildönümü ilə eyni vaxta düşdü. Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındadır”.
O bildirib ki, Türkiyə Xocalıdakı faciənin soyqırımı kimi tanınması məsələsində Azərbaycanı dəstəkləyir: “Dünya ictimaiyyəti bu faciə barədə həqiqətləri bilməlidir. Türkiyə bundan sonra da bu məsələdə Azərbaycana dəstək göstərəcək”.
Modern.az