Modern.az

Türkiyə XİN başçısı Bakıda Sərkisyanın addımını şərh etdi

Türkiyə XİN başçısı Bakıda Sərkisyanın addımını şərh etdi

Təhsil

25 Fevral 2015, 14:05


“Ermənistan səmimiyyət sınağından keçə bilmədi. Elə  buna görə də protokolların parlamentdən geri qaytarılmasının əhəmiyyəti yoxdur”.

Modern.az saytının məlumatına görə bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla keçirilən mətbuat konfransında deyib.

O, Ermənistan prezidenti Serj Sərkisyanın Sürix protokollarını parlamentdən geri çağırmasına münasibət bildirərkən qeyd edib ki, Türkiyənin Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə tələbləri var idi.  

Onun sözlərinə görə Türkiyə Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını istəyir. Nazir bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, Cənubi Qafqazda sülh yaranar.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı