Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev gec-tez geri qaytarılacaqlar.
Modern.az saytı xəbər verir ki, o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ermənilər soydaşlarımızı çox girov saxlaya bilməzlər.
Nazir ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona axırıncı səfərini də şərh edib. Elmar Məmmədyarov qeyd edib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı işçi qrupların yaradılmasını təklif ediblər.O söyləyib ki, Azərbaycan məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün görüləcək işlərlə bağlı Dünya Bankı ilə layihə hazırlayıb: “Lakin Ermənistanla bu məsələləri danışmalıyıq. İlk növbədə təbii ki, Ermənistan öz qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalıdır.
Modern.az