Modern.az

Azərbaycanda futbol azarkeşləri niyə azdır - “Futbol var ki, ona baxmağa gələn də olsun?”

Azərbaycanda futbol azarkeşləri niyə azdır - “Futbol var ki, ona baxmağa gələn də olsun?”

Təhsil

25 Fevral 2015, 15:02


Avropanın aparıcı futbol ölkələrinin çempionatlarında, eləcə də beynəlxalq səviyyədə keçirilən oyunlarda tribunalda hər yaşdan olan azarkeşi görmək mümkündür. Məsələn, İngiltərə çempionatında demək olar bütün komandaların öz meydanlarında keçirilən oyunda tribunalarda yaşlı azarkeşlərin daha çox olduğu da görünür. Hərdən yaşlı adamların stadiona nə üçün gəldiyinə təəccüblənənlər də olur. Bu zaman onlar deyirlər ki, stadiona gəlməklə həm sevimli klublarına azarkeşlik edir, həm də vaxtlarını səmərəli keçirirlər. Bir sözlə, onlar həm də istirahətlərinin müəyyən hissəsini bu cür təşkil edirlər.

Azərbaycan çempionatında iştirak edən komandaların da hərəsinin öz azarkeş auditoriyası var. Doğrudur, bu azarkeşlər on minlərlə deyil, uzaqbaşı bir neçə min olan həmin azarkeşlər komandalarının oyunlarını meydanda izləməyə üstünlük verir. Ancaq etiraf edək ki, onların əksəriyyəti cavanlardır.

Modern.az bu gün yaşlı azarkeşlərin futbola göstərdikləri maraq və onların keçirilən oyunlarda hansı səviyyədə iştirak etmələrini araşdırıb.

“Qol.az” saytının baş redaktoru Aydın Bağırov Azərbaycanda futbolun çox aşağı səviyyədə olmasını bildirməklə yanaşı, yaşlı nəslin əvvəllər daha çox futbola maraq göstərdiyini etiraf edib: “Ümumiyyətlə, Azərbaycanda stadionlara getsəniz nə yaşlı, nə də cavan azarkeşə rast gələrsiniz. Bəzi oyunlara barmaqla sayıla biləcək qədər azarkeş gəlir. Azərbaycanda futbol var ki, ona da baxalar? Yaşlının da, cavanın da futbola marağı günü-gündən azalır. Məsələn, gedək “Qarabağ”ın oyununa baxaq, stadionda uzaqbaşı 200-300 nəfər azarkeş olacaq. Bu 300 nəfərin arasında təxminən 3-5 faizi yaşlı nəslin nümayəndəsini görə bilərsən. Ancaq əvvəllər stadiona gələn yaşlı azarkeşlərin sayı çox olardı. Məsələn, 10-15 il əvvəl, uşaqlıq vaxtı yadıma gəlir ki, yaşlı nəslin nümayəndələri həddindən artıq çox olurdu, yəni hardasa 40 faiz təşkil edirdi. Amma, əlbəttə, indi 18-25 yaşlarında olan gənclər daha çoxluq təşkil edir və azarkeş bazası onların üzərində formalaşdırılır”.

“Qarabağ” futbol klubunun mətbuat xidmətindən verilən məlumata görə, yaşlı azarkeşlər Avropa Liqasının oyunlarında daha çox iştirak edir: “Eləsi var ki, əlil arabasında “Qarabağ”ın Avroliqa oyunlarına gəlib. Təxminən 20-30 nəfər yaşlı azarkeş Avroliqa oyunlarında iştirak edib. Lakin Avroliqa oyunlarına nisbətən daxili çempionat oyunlarında demək olar ki, yaşlı azarkeşlərə çox az rast gəlinir”.

“Neftçi” futbol klubunun mətbuat xidmətindən isə sorğuya cavab olaraq bildirib ki, bu gün Azərbaycanda ümumi futbol mənzərəsi olduqca pis vəziyyətdədir: “Hazırda ölkə futbolunda ümumi vəziyyət çox pis və olduqca acınacaqlı vəziyyətdədir. Əvvəlki dövrlər üçün yaş fərqi qoymaq düzgün olmazdı. Onda futbola maraq daha güclü idi. Bu gün futbola baxmağa gələn 300 nəfər azarkeşin təxminən 10 faizi yaşlı azarkeşdir”.

Şahin Qocayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı