Modern.az

Bakıda IV Beynəlxalq Muğam festivalı keçiriləcək

Bakıda  IV Beynəlxalq Muğam festivalı keçiriləcək

Təhsil

25 Fevral 2015, 15:52



Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə martın 11-18-də “Muğam aləmi” IV Beynəlxalq Muğam festivalı keçiriləcək. Modern.az xəbər verir ki, festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadədir.

Festival çərçivəsində beynəlxalq elmi simpoziumun, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin, gənc ifaçılar üçün IV beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...