Müsavat başqanlığına keçmiş namizəd, partiyanın sabiq üzvü Səxavət Əlisoy qohumlarının bu siyasi təşkilatla vidlaşdığını bəyan edib. O, absurd arqumentlərlə onu partiya üzvlüyündən xaric etdikdən sonra qohumlarının orada qalmasını şərəf məsələsi olduğunu deyib.
Modern.az saytı Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsinin sədr müavini Vurğun Əyyubdan da öz qohumlarını Müsavat Partiyasından çıxarıb yeni yaradılan hərəkata qoşulması üçün təşəbbüs göstərib-göstərməyəcəyini soruşub. Vurğun Əyyub bildirib: “Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradıcılarından biri mənəm. Müsavat Partiyasının üzvüyəm və heç yerə də getmək niyyətində deyiləm”.Qubad İbadoğlu Müsavatın başqanlıq seçkilərində məğlub olduqdan sonra partiya daxilində qalmaqallar başlayıb. Qubad İbadoğlu və onun tərəfdarları Müsavat Partiyasının başqanı Arif Hacılının apardığı siyasətə etiraz ediblər. Qubad İbadoğlu və onun tərəfdarları daha sonra Azərbaycan Demokratiya və Rifah Hərəkatı təsis ediblər.
Yeganə OQTAYQIZI