Modern.az

Ezamiyyət adı ilə... sürgün

Ezamiyyət adı ilə... sürgün

Təhsil

25 Fevral 2015, 16:13

“Olur, olur, belə işlər də olur”   silsiləsindən  

 Murtuzəli savadlı adam idi, elmi-tədqiqat inistitutunda onu məsuliyyətli, bacarıqlı kadr kimi tanıyırdılar. Yaxşı dil qabiliyyəti, ruslar demiş, hər bir məsələdə “padxodu” olan birisi idi. Lazım gəlsə lap ilanı da yuvasından dartıb çıxarardı. Amma bir şakəri vardı ki, müdiriyyətin heç xoşuna gəlmirdi. Murtuzəlini iş otaqinda, stolunun arxasında bircə saat görə bilməzdin. İdarənin bütün otaqlarını laboratoriyaları, yeməkxananı, həyət-bacanı gəzib-dolaşır, hər kəslə özünün və müsahibinin maraq dairəsində o ki var  danışar, mübahisə edər, bəzən də  lap kəllə-çarxa çıxardı. Gənc tədqiqatçı eşitdiyini, oxuduqlarını, internetdən tapdıqlarını elə bəzəyib-düzəyib danışardı ki, elə bil əlli ilin xalq artistidir.

Murtuzəlinin xasiyyəti hər kəsə bəlli idi. Baş qoşmazdılar, heyvərələrdən söz düşəndə Murtuzəliyə oxşadar, bənzətmə axtarardılar. Rəhbərlik də onun adətinə bir növ vərdiş eləmişdi. Axtaranda mobil telefonuna zəng edərdilər. Çünki iş telefonuna heç vaxt cavab verməzdi. Səbəb də aydın idi – otaqda oturmurdu axı...

Vaxt keçdikcə qəhrəmanımızın işdənkənar işlərinin sayı artır, başvermə arealı da genişlənirdi. Murtuzəli yavaş-yavaş qonşu idarələrə də ayaq açır, işə gecikir, iş yerini vaxtından əvvəl tərk edirdi. Sorağı şəhərin parklarından, çayxana və kafelərindən gəlirdi. Özü kimi çənədən iti dostlarını başına yığıb dünya hadisələrini şərh edər, beynəlxalaq icmalçıların girişə bilmədikləri məsələləri “yoluna qoyar”, ümidverici nəticələrə gələrdilər. Bəzi ölkələrdəki maliyyə böhranını iqtisadçılardan yaxşı təhlil etdiyini, regionda sülhün təminatı üçün ATƏT təmsilçilərinin ağlına gəlməyən variantları məzh özü fikirləşdiyini, gənclərin mənəvi-etik tərbiyəsi ilə bağlı çox ciddi bir konsepsiyaya malik olduğunu sübutlamağa çalışardı.

Murtuzəli xeyir-şər işlərdən də kənarda qalmazdı. Özünün səliqə ilə tərtib etdiyi siyahıya əsasən həftənin əksər günləri Təzə Pir məsçidinə yollanar, tanıdı-tanımadı, bütün yas yiyələrinə başsağlığı verər, dünyanın faniliyi, elmlə dinin bağlılığı və... əksqütblülüyü barədə beynəlxalq miqyasda tanınan alimlərin fikirlərini özünün bildiyi tərtzdə uzun-uzadı şərh edərdi. O qədər danışar, o qədər coşardı ki, heç bir stəkan çayı  da axıradək içməyə macalı olmazdı. Allah var, gərək düzünü deyəsən,  heç yemək də yeməzdi. Necə yeyəydi, danışmaq imkan vermirdi axı yazığa.        

Günlər beləcə keçirdi. İşlədiyi elmi-tədqiqat inistitundaa Murtuzəlilin həyat tərzi ilə bir növ barışmışdılar. Amma günlərin birində direktorun qəbulunda dediyi bircə cümlı hadisələrin iastiqamətini tamam dəyişdi. Vaxtın hər şeydən qiymətli olduğu barədə dil-dil ötən Murtuzəli qayıdıb nə desə yaxşıdır;

- Ay müdir, vallah, işimizin çoxluğu, idarədəki qayğılarım heç imkan vermir ki, arada bir kəndə gedim, anama baş çəkim. Mən əzəldən bu idarəyə ürəkdən bağlanmışam. Nə  vaxt təqaüdə çıxaram, inşAllah, gedib kənddəki yaxınlarım,  qohumlarım ilə görüşərəm. Qaça-qaç deyil ki... Kaş buradakı əzizlərim, siz sağ olun, kənd yerindədir...

Ertəsi gün Murtuzəli idarənin elanlar lövhəsində direktorun onun haqqında yazıb imzaladığı əmri görəndə təəccübdən yerindəcə donub qaldı. Əmrdə bu cür yazılmışdı: “ İnistitutun baş elmi işçisi Murtuzəli Mərdəliyevə öz hesabına 1 illik məzuniyyət verilsin və o, elmi axtarışlarını davam etdirmək üçün doğulub boya-başa çatdığı Yaşıltəpə rayonuna ezam olunsun”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı