Modern.az

“Müsavat və AXCP-də baş verənlər müxalifətin adına xələl gətirir” – Sülhəddin Əkbər

“Müsavat və AXCP-də baş verənlər müxalifətin adına xələl gətirir” – Sülhəddin Əkbər

Təhsil

25 Fevral 2015, 16:30


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər son zamanlar Müsavat və AXCP daxilində baş verən hadisələrə münasibət bildirib.

O, Modern.az saytına  deyib ki, müxalifət partiyaları daxilində baş verən hadisələr ümumilikdə müxalif qüvvələrin adına xələl gətirir: “İstənilən müxalifət partiyasında baş verən neqativ hallar bütövlükdə müxalifətə mənfi təsir göstərir. Hər zaman dediyim bir fikri təkrarlamaq istəyirəm. Mümkün qədər çalışmaq lazımdır ki, bu konfliktlər dinc, demokratik qaydalar çərçivəsində həll olunsun və müxalifətin ümumi imicinə ziyan gəlməsin.

Çünki ictimai rəydə müxalifətə ümumi bir baxış var. Ona görə də bir az fərq etmir. Hansı partiyanın daxilində neqativ hadisə baş versə,  bütövlükdə demokratik düşərgəyə təsir edir. Ona görə də tezliklə həm Müsavat Partiyası, həm də AXCP-nin daxilində baş verən xoşagəlməz halların aradan qaldırılmasını arzu edərdim”.

Ölkənin əsas müxalifət təşkilatları sayılan Müsavatda və AXCP-də qalmaqallar böyüyüb. Müsavatın qurultayından sonra partiya daxilindəki məlum gərginlikdən sonra AXCP-də də qalmaqallı istefa  baş verdi. Razi Nurullayev AXCP sədrinin müavinliyi vəzifəsindən kənarlaşdırılandan sonra Əli Kərimli haqqında ittihamlar səsləndirir.    

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı