Modern.az

1000-dən artıq daşnak Qarabağa gəlir

1000-dən artıq daşnak Qarabağa gəlir

Təhsil

25 Fevral 2015, 16:58

Ermənistanın “Daşnaksütyun” Partiyasının 1200-dən artıq üzvü fevralın 27-də Dağlıq Qarabağa gedəcək. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iki gün davam edəcək.

“Səfərdə “Daşnaksütyun”un Partiyasının ali orqanlarının və bürosunun bütün üzvləri və müharibə veteranları iştirak edəcək. Dağlıq Qarabağın lideri Bako Saakyanla da görüşəcəyik. Bundan başqa, hərbi hissələrə baş çəkəcəyik”, -  bəyanatda deyilir.

1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” Partiyası tarixi boyu Türkiyə və Azərbaycana qarşı terror fəaliyyəti ilə seçilib.


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı