Modern.az

Ərdoğanı təhqir edən Türkiyə gözəlini 2 il həbs gözləyir

Ərdoğanı təhqir edən Türkiyə gözəlini 2 il həbs gözləyir

Təhsil

25 Fevral 2015, 21:05


“Miss Türkiyə -2006” titulunun qalibi Merve Büyüksaraç prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 2 il azadlıqdan məhrum edilə bilər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, 26 yaşlı qızın vəkili Emre Telçinin sözlərinə görə, İstanbul prokurorluğu “İnstagqam”da yerləşdirdiyi fikirlərə görə onun cinayət məsuliyyətinə cəlb edilməsinə israrlıdır. Söhbət Türkiyənin himni üzərində edilən “Başçının poeması” parodiyasından gedir. Həmin poema “Uykusuz” satirik jurnalında çap olunub. Qız onu öz аkkauntunda yerləşdirib, lakin sonradan çıxarıb, çünki dostlarımdan biri mümkün mənfi nəticələri barədə onu xəbərdar edib.

Büyüksaraç təqsirini boynuna almır, bəyan edir ki, bu mətni o yazmayıb. Mervenin poemanı nə zaman çap etdiyi məlum deyil. Məlum olan budur ki, Türkiyə gözəli yanvarda saxlanılıb. Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı