Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 26-da növbədənkənar dövlət başçısı seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu o özü milli televiziyanın efirindən elan edib: “Xalqın maraqları naminə, mənə edilən xahişləri, ümumi rəyi və qanunun dönmədən yetirilməsi üçün belə qərar verdim”.
Prezident növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi haqda hələ ki qərar vermədiyini də əlavə edib: “Növbəti seçkilərdə özümün iştirakımla qərarı gec qəbul edəcəyəm”.Modern.az