ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı fikirlərini bölüşüb.
Modern.az saytının məlumatına görə amerikalı diplomat bu barədə özünün twitter səhifəsində yazıb.
“Bu günlər anım günləridir. Ölüm və keçmişin faciəli hadisələri ağrı mənbəyi olaraq qalır. Artıq barışıq vaxtlıdır”,-deyə Ceyms Uorlik bildirib.Modern.az