Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

26 Fevral 2015, 12:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Fevralın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı