Modern.az

Qafqaz Müsəlmanları İdarəsi qazısının 100 min manatlıq qızıl əşyalarını oğurlayan şəxs tutuldu

Qafqaz Müsəlmanları İdarəsi qazısının 100 min manatlıq qızıl əşyalarını oğurlayan şəxs tutuldu

Təhsil

26 Fevral 2015, 13:22

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Hacıhüsnü Həsənovun evindən 100.000 manat dəyərində qızıl əşyalar və 1 ədəd “Churcill” markalı tüfəng (müvafiq sənədləri olan) oğurlamış şəxs yaxalanıb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yaxalanmış şəxs Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Şakir Ağamalıyevdir.
Hacıhüsnü Həsənov Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 6 rayon üzrə qazısıdır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı