“Təəssüf ki, nə Lalə xanım, nə də Azərbaycan Liberal Partiyası Xocalı qurbanlarını ziyarət edə bilib”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.
Onun sözlərinə görə, partiyanın lideri Lalə Şövkətin Xocalı qurbanlarını ziyarət edə bilməməsinin səbəbi yaxın qohumunun dünyasını dəyişməsi ilə bağlıdır:
“Bu gün Lalə xanım üçün çox kədərli bir gündür. Azərbaycan Liberal Partiyasının üzvü, həm də Lalə xanımın qohumu Anar Bədəlov 39 yaşında dünyasını dəyişib. Bu ağır xəbəri səhər tezdən aldıq. Dünən isə Xocalı qurbanlarını ziyarət etmək üçün “Ana harayı” abidəsinə yollanmağı planlaşdırmışdıq. Lalə xanım da ALP ilə birgə Xocalı qurbanlarını ziyarət edəcəkdi. Təəssüf ki, alınmadı. Ola bilsin ki, yas mərasimini yola verib partiya üzvləri ilə birgə Xocalı qurbanlarını ziyarət etməyə gedək”.
Əvəz Temirxan ilk dəfə olaraq deyib ki, Lalə Şövkət 1992-ci ilin yazında Moskvadan birbaşa Ağdama gələrək Xocalı qurbanlarının xatirəsini yad edib.
"Bundan sonra isə Naftalana gedib və məcburi köçkünlərlə görüşüb".
Namidə BİNGÖL