Modern.az

Manatın ucuzlaşması kitabları bahalaşdıracaq - Tanınmış şair

Manatın ucuzlaşması kitabları bahalaşdıracaq - Tanınmış şair

Təhsil

26 Fevral 2015, 14:51


Tanınmış şair, “Alatoran” nəşrlərinin rəhbəri Rasim Qaraca manatın devalvasiyasının kitab sektoruna vuracağı ziyandan danışıb. Modern.az xəbər verir ki, naşirin fikrincə, manatın ucuzlaşması kitab sektoruna ciddi zərbə vuracaq:

“Azərbaycan milli valyutasının 30 faiz  dəyərini itirməsinin kitab sektoruna gözlənilən təsiri belədir: Xaricdən alınan çap məhsulları artıq bahalaşdığına görə kitab çapı 30 faiz  bahalaşacaq, kitabların qiyməti eyni nisbətdə bahalaşacaq, kitab oxuyan gənclərin və tələbələrin sayı 30 faiz azalacaq. Dolayısı ilə cahilliyin faizi bu nisbətdə artacaq. Kitab çap etmək istəyən gənc müəlliflərin sayı 3/1 azalacaq, müstəqil mətbəələrin 1/3-i iflas edəcək. Kiçik nəşriyyatlar sıradan çıxacaq. Kitab oxumağa ayrılan ümumi vaxtın 30 faizi  çörəkpulu qazanmağa sərf olunacaq. Kitab satan dükanların faizi iflas edəcək”.

Elmin NU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı