Modern.az

Akif Nağıdan müharibə ÇAĞIRIŞI

Akif Nağıdan müharibə ÇAĞIRIŞI

Təhsil

26 Fevral 2015, 15:47


Qarabağ Azadlıq Təşkilatının üzvləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət ediblər.

Modern.az saytının məlumatına görə şəhidlərin xatirəsnə dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub. QAT  sədri Akif Nağı ziyarətin sonunda bildirib:

“Bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin xatirəsini yad etmək hər kəsin borcudur. Biz şəhidlərin xatirəsini yad etməli, həmçinin Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün bütün imkanlardan istifadə etməliyik.

Dünya həqiqəti ona görə bilməlidir ki, ermənilərin iç üzünü tanısın və biz sabah torpaqlarımızı hərbi yolla işğaldan azad etməyə başlayanda bizi qınamasın.   Torpaqlarımız yalnız hərbi yolla işğaldan azad edilə bilər. Azərbaycan hakimiyyəti ləngimədən müharibəni başlamalıdır. Heç bir bəhanə müharibənin təxirə salınmasına əsas ola bilməz”.  

Modern.az      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı