Modern.az

Telejurnalist Nadejda İsmayılovanın Xocalı XATİRƏLƏRİ

Telejurnalist Nadejda İsmayılovanın Xocalı XATİRƏLƏRİ

Təhsil

26 Fevral 2015, 16:39

Modern.az xəbər verir ki, bu gün  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsisçiliyi ilə yaradılan  Kultura+ televiziyasında rusdilli redaksiyanın baş redaktoru kimi fəaliyyət göstərən tanınmış jurnalist  Nadejda İsmayılovanın “Xocalı xatirələri” filmi ərsəyə gəldi.
1992-ci il 26 fevraldan uç gün  sonra, yəni oraya yol açılan kimi Nadejda İsmayılova, Namiq Şirəlibəyov və İzzət Əzizov çəkiliş qrupu ilə talan olmuş, viran olmuş Xocalıya tələsmişdi.
Nadejda İsmayılovanın “Xocalı xatirələri ”  filmində çox maraqlı həqiqətlər, yeni faktlar açılır. İndiyə kimi televiziya ekranlarında görünməyən  bu film tam bir Xocalı və Ağdam gündəliyidir. Hər saniyəsində, dəqiqəsində dəhşət, vəhşilik və insanlığa sığmayan erməni vandalizminin kadrları... Filmin qəhrəmanları 1992-ci ilin mart ayının ilk günündə telejurnalist Nadejda İsmayılovaya o hadisələri danışırlar. Və bu gün də o danışılanları eşidəndə, insanın damarında qanı donur. Filmin o zamankı operatoru İzzət Əzizov, rejissoru isə 30 yaşlı rejissor Namik Şirəlibəyov idi.  Bu gün də fuilmin rejissoru Namik Şirəlibəyovdur. Yaşının üstünə 23 il gəlib. Bu filmə baxın... Peşiman olmazsınız. Ən azı rus dilində hazırlanan filmi bizdən daha çox izləyənlər olacaq.





Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı