Modern.az

Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər

Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər

Təhsil

26 Fevral 2015, 21:54


Gürcüstanda milli valyuta olan larinin kəskin ucuzlaşması, ölkədə başlayan bahalaşma fonunda hökumətə qarşı etiraz aksiyaları növbədənkənar parlament seçkilərini zəruri edir.

Modern.az saytının məlumatına görə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb ki, Gürcüstandakı hazırkı iqtisadi situasiya, larinin devalvasiyası sosial gərginlik yaradır və hakim “Gürcü azusu” bloku ölkəni növbəti “gürcü dəhşətinə” sürükləyir.

Qeyd edək ki, Gürcüstanın müxalif Vahid Milli Hərəkatı Partiyası  ölkə prezidenti Georgi Marqvelaşvilini növbədənkənar parlament iclası keçirməyə çağırıb. Ölkənin əsas müxalifət qurumu hesab edir ki, prezident Konstitusiya qanunlarından istifadə etməklə, parlamentin növbədənkənar sessiyasına baş naziri də dəvət etməlidir.

Tələblərə görə baş naziri ölkədəki sosial gərginlik, milli valyutanın ucuzlaşmasının səbəblərini izah etməlidir.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı