
Ötən gecə Avropa Liqasında 1/16 finalın cavab oyunları keçirilib. Modern.az-ın məlumatına görə, azərbaycanlı azarkeşlərin də diqqətlə izlədiyi Türkiyə "Beşiktaş"ı evdə "Liverpul"la oynayıb. Türk klubu səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Bu görüşdə də oyun 1:0 hesabı ilə başa çatıb. Qalib yalnız penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Beşiktaş" rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.
"Trabzonspor" klubu isə İtaliyaya səfər edib. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyırdı. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan Neapol təmsilçisi 1/8 finala adlayıb.
Avropa Liqası, 1/16 finalın cavab oyunları
“Atletik” (Bilbao, İspaniya) - “Torino” (İtaliya) - 2:3
“Brügge” (Belçika) - "Olborq" (Danimarka) - 3:0
“Everton” (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 3:1
“Feyenoord” (Hollandiya) - “Roma” (İtaliya) - 1:2
“Napoli” (İtaliya) - "Trabzonspor” (Türkiyə) - 1:0
“Olimpiakos” (Yunanıstan) - “Dnepr” (Ukrayna) - 2:2
“Sportinq” (Portuqaliya) - "Volfsburq" (Almaniya) - 0:0
“Beşiktaş” (Türkiyə) - “Liverpul” (İngiltərə) - 1:0 (Penaltilər seriyası - 5:4)
“Dinamo” (Kiyev, Ukrayna) - "Genqam" (Fransa) - 3:1
“Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə) - 2:0
“İnter” (İtaliya) - “Seltik” (Şotlandiya) - 1:0
“Borussiya” (Münhenqladbax, Almaniya) - “Sevilya” (İspaniya) - 2:3
“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya) - 0:3
"Zalsburq" (Avstriya) - “Vilyareal” (İspaniya) - 1:3
“Dinamo” (Moskva, Rusiya) - “Anderlext” (Belçika) - 3:1
“Zenit” (Rusiya) - PSV (Hollandiya) - 3:0