Modern.az

İcra başçısı süni qiymət artımına qarşı komissiya yaratdı

İcra başçısı süni qiymət artımına qarşı komissiya yaratdı

Təhsil

27 Fevral 2015, 11:43

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarəti gücləndirib. “Son günlər manatın məzənnəsinin aşağı düşməsindən sui-istifadə etməyə çalışan bəzi işbazlar rayon ərazisində süni qiymət artımına çalışsalar da, bu cür halların qarşısı qətiyyətlə alınıb”-deyə rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib.

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılıb.  Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər. Komissiya üzvlərinin aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü tədbirlər nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib, xüsusilə çörək və ərzaq səbətinə daxil olan məhsulların satış qiymətində artım müşahidə olunmayıb. 

“Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür.  Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək” - rayon İcra Hakimiyyətindən bildirilib. 



Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı