ABŞ-ın Cənubi Dakota ştatının Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı tanıyıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, qondarma “erməni soyqırımı”nın tanınması qərarının lehinə 51, əleyhinə isə 17 nəfər səs verib. Bundan əlavə, qondarma “erməni soyqırımı”nın Dakota məktəblərində tədris edilməsi də nəzərdə tutulub.
Bununla da qondarma “erməni soyqırımı”nı tanıyan ştatların sayı 43-ə çatıb.