Modern.az

Xocalı soyqırımının qurbanları Almaniyada anıldı - FOTO

Xocalı soyqırımının qurbanları Almaniyada anıldı - FOTO

Təhsil

27 Fevral 2015, 10:45

Xocalı soyqırımın 23-cü ildönümü münasibəti ilə “Xocalıya ədalət” kompaniyası çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində şəhərin tarixi mərkəzi sayılan Brandenburq qapılarının yerləşdiyi meydanda mitinq təşkil olunub. Modern.az xəbər verir ki, mitinqdə Berlində yaşayan, Almaniyanın müxtəlif vilayətlərindən və şəhərlərindən gələn azərbaycanlılar, Almaniya-Azərbaycan Dostluq cəmiyyətinin üzvüləri, Almaniyada fəaliyyət göstərən Türk diasporasının nümayyəndələri, şəhər sakinləri və Azərbaycandan gələn Milli Məclisin üzvüləri Rauf Əliyev, Siyavuş Novruzov, Xanlar Fətiyev iştirak etdilər. Mitinqdə Xocalı soyqırımı haqqında məlumatları əks etdirən plakatlar, şüarlar nümayiş etdirilmişdir.

Mitinqdə çıxış edən Millət vəkilləri Ermənistanın  Azərbaycan torpağı olan Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanlarını yad etməyə çağırdılar. Mitinq iştirakçılarına bildirildi ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı xüsusi amansızlıqla qətlə yetrilib, 8 ailə təmamilə məhv edilib, 25 uşaq hər iki valideyinini, 130 uşaq  valideyinlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsr götürülüb. Girov götürülənlərdən 150nəfərin o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Çıxış edənlər bildirdilər ki, milli kimliyindən və dini mənsubiyyətindən aslı olmayaraq hər kəs “Xocalıya ədalət” deyən Azərbaycanın yanında olaraq Ermənistanın insanlıq əlehinə törətdiyi bi cinayyəti pisləməklə bərabər, onu törədənlərin ədalət qarşısında cavab verməsi istiqamətində dəstək verməlidirlər.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı