Modern.az

“Evimdəki oğurluqdan sonra sahə müvəkkili dəyişdirilib” - Elşad Miri

“Evimdəki oğurluqdan sonra sahə müvəkkili dəyişdirilib” - Elşad Miri

Təhsil

27 Fevral 2015, 12:54


“Evimdə baş verən oğurluqla bağlı hələ ki bir irəliləyiş yoxdur. Bunun səbəbini də  bilmirik. Yalnız bir şey diqqətimi çəkib. Oğurluqdan sonra bizim həyətin tam ortasında yerləşən polis idarəsinin sahə müvəkkilini dəyişdilər. Bizim işlə nə qədər bağlıdır, onu deyə bilmərəm”.

Bu barədə Modern.az-a ilahiyyatçı Elşad Miri məlumat verib.

O qeyd edib ki, dəfələrlə müstəntiqlə görüşmək istəsə də, razılıq ala bilməyib: “Nə vaxt soruşsam deyirlər “şübhəlilər var”, amma bir müddət sonra həmin şəxslərin günahkar olmadıqlarını söyləyirlər. Faktiki olaraq biganə yanaşma hiss edirəm.

Buna görə də təkrar olaraq Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumalara müraciət edəcəm. Çünki bu qədər müddətdə hər hansı bir nəticənin olmaması mənə qəribə gəlir. Dəfələrlə görüşmək istəyimi bildirsəm də, qəbul etməyiblər. Bildiriblər ki, nəticə olandan sonra görüşərik”.

İstintaqı aparan müstəntiq Elnur Məmmədov saytımıza açıqlamasında istintaq getdiyini bildirib: “İstintaq gedir, ancaq məsələ ilə bağlı şübhəli qismində saxlanılanlar olmayıb”.

Elşad Mirinin Biləcəri qəsəbəsində yerləşən evində baş verən oğurluq nəticəsində nəğd pul, aparatlar, qızıl-zinət əşyaları ilə birlikdə ona 50 min manatdan çox maddi ziyan dəyib. Oğurluq hadisəsindən 1 həftə əvvəl ilahiyyatçı ölüm təhdidi aldığını açıqlayıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı