Modern.az

Deputat Parisdə Xocalı faciəsini törədənlərə qarşı ölçü götürülməməsini pisləyib

Deputat Parisdə Xocalı faciəsini törədənlərə qarşı ölçü götürülməməsini pisləyib

Təhsil

27 Fevral 2015, 13:30


Fevralın 24-27-də Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, NATO Parlament Assambleyası və  WIP ( Qadın Parlamentarlar Təşkilatı ) birgə təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə Daha Yaxşı Siyasət və Daha Yaxşı Həyat adı altında müxtəlif problemlərə həsr olunmuş konfrans keçirilib. Modern.az-ın məlumatına görə, konfrasda dünyanın 30 yaxın ölkəsindən 130-a yaxın millət vəkilləri və siyasətçiləri və 40-a yaxın ekspertləri, konfransı təşkil edən qurumların yüksək səviyyəli təmsilçiləri iştirak edib. Bu Konfransda  Qadınların Cəmiyyətdə və İctimai həyatda Rolu mövzusunda  konfrans istirakçısı, Azərbaycan Parlamentinin Millət vəkili, WIP-in Milli Parlamentlerinin koordinatorlar Şurasının üzvü , Azərbaycan Parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyyətinin üzvü Məlahət İbrahimqızı çıxış edib.

Deputat Azərbaycan qadınlarının qazandıqları nailiyyətlərdən, ölkəmizdə Dövlət Qadın siyasətinin uğurlarından, Azərbaycanın Birinci Xanımı UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən danışıb.

Bu konfransda Azərbaycan xalqının tarixində ən faciəvi və ağır günlərdən hesab edilən, Xocalı Soyqırımının ildönümü ilə eyni vaxta düşməsini bildirərək, Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçı siyasətinin qurbanı olmuş şəhid uşaq və qadınlarımızdan eləcə də Xocalı Soyqırımının qurbanlarından danışılıb. Deputat çıxışında bugünədək bu  faciəni törədənlərə qarşı beynəlxalq hüquq çərçivəsində ölçü götürülməməsini  pisləyib.

Konfrans iştirakçıları  Xocali faciəsinin qurbanlarına ehtiramlarini bildirərək, Məlahət xanıma   Azərbaycan xalqına başsağlıqlarını çatdırmaqlarını xahiş ediblər.
Çıxış edən konfrans iştirakçıları, WIP rəhbərləri və təmsilçiləri təşkilatın  bu ilin Aprel ayında  Beynəlxalq Nizami Gəncəvi Fondunun dəstəyi ilə keçiriləcək konfransa  və Avropa İdman Oyunlarına  ev sahibliyi etmələrini yüksək qiymətləndirdiklərini bildiriblər.


  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı