Modern.az

Abdulla Gül öz adına vəqf yaradıb

Abdulla Gül öz adına vəqf yaradıb

Təhsil

27 Fevral 2015, 15:23


Türkiyənin 11-ci prezidenti Abdullah Gül öz adına vəqf qurub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, vəqfin qurulmasında məqsəd çoxluqçu və azadlıqçı demokratiyanı inkişaf etdirməkdir. Məlumatda qeyd edilir ki, keçmiş dövlət başçısının qurucusu olduğu “Abdulla Gül Vəqfi”nin qeydiyyata alınması üçün məhkəməyə müraciət edilib. Gülün qurduğu vəqf Zeytinburnu Notariatı tərəfindən fevralın 17-də təsdiq edilib.

Vəqfin Türkiyənin və islam ölkələrinin siyasi, iqtisadi, hüquqi, dini, mədəni, sosioloji və sənət təcrübələrinin araşdırılmasına, dinin ictimai həyata təsirlərinə dəstək verəcəyi bildirilir, araşdırmaçılara təqaüd və fond dəstəyi təmin ediləcəyi də vurğulanır.  


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı