
Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələrdə yazılar dərc olunub.
Milli Məclisin deputatı, Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyevin “Hocalı Soykırımı-Ermeni Faşizminin Otoportresi” yazısı Türkiyənin nüfuzlu rotahaber.com, internethaber.com saytlarında, eyni zamanda Yeni Alanya qəzeti və eyniadlı saytda dərc olunub.
Yazıda Xocalı soyqırımı ilə bağlı məntiqli düşüncələr öz əksini tapıb.
Qeyd edək ki, internethaber.com saytında yazının oxunmayı sayı 290 mini keçib.
Modern.az