Modern.az

Sürücələrə XƏBƏRDARLIQ: Bu yol bağlanır

Sürücələrə XƏBƏRDARLIQ: Bu yol bağlanır

Təhsil

27 Fevral 2015, 17:18


Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolu təmir olunur. Bununla əlaqədar 2015-ci il fevralın 28-i axşam saat 20: 00-dan 2015-ci il martın 1-i səhər saat 8:00-a qədər həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Modern.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir. Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı