Modern.az

Lukaşenko ABŞ nümayəndələri ilə gizli görüş keçirib - FOTO

Lukaşenko ABŞ nümayəndələri ilə gizli görüş keçirib -  FOTO

Təhsil

27 Fevral 2015, 17:42


Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubinlə görüşüb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Amerika - Belarus münasibətləri müzakirə olunub: “Görüşdə Belarus-ABŞ münasibətlərinin aktual məsələləri, o cümlədən problemlər də müzakirə olunub. Bununla belə, tərəflər son vaxtlar iki ölkə münasibətlərində son vaxtlar müsbət dinamikanın müşahidə oluınduğnu qeyd ediblər”.

Görüşdə dünya gündəmində, xüsusən Avropa regionunda baş verən son hadisələr də müzakirə predmeti olub.       

Bundan əvvəl ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Aleksis Teylor Vaşinqtonda Belarus nümayəndə heyəti ilə görüşərkən Ukrayna böhranının sabitləşməsində xidmətlərinə görə rəmsi Minskə təşəkkür edib.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı