Prezident Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu yaxınlarda Ukraynanın "Geostrategy" saytında dərc edilən məqaləyə münasibət bildirib.
Modern.az saytının məlumatına görə Novruz Məmmədov bu barədə özünün Ttwitter səhifəsində yazıb:""Geostrategy"nin məqalə müəllifləri öz amplualarındadır: həmişəki kimi təxribat, siyasi diversiya, bir sözlə, məkrli niyyətlər. Aydındır ki, onlar Azərbaycanı 40-dan artıq dövlətin sırasında qaynar nöqtə kimi görməkdə maraqlıdırlar".
Məlumat üçün deyək ki, "Geostrategy" qlobal kəşfiyyat qrupunun materialının müəllifləri qeyd edib ki, Azərbaycan Ukraynaya qarşı mövqeyini dəyişib və Rusiyaya meyllənib.
Modern.az