Modern.az

Bakıda beşmərtəbəli binada güclü yanğın olub - FOTO

Bakıda beşmərtəbəli binada güclü yanğın olub - FOTO

Təhsil

28 Fevral 2015, 01:30


Paytaxtın Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri təhlükəsizlik məqsədilə bina sakinlərini təxliyə ediblər.

Binanın alkapondan olan divar üzlüyünü və dam örtüyünü əhatə edən yanğın söndürülüb, mənzillərə keçməsinə imkan verilməyib.

APA-nın məlumatına görə, yanğın zaman 3 nəfər tüstüdən zəhərlənib. Onlara hadisə yerində ambulator qaydada tibbi yardım göstərilib.

Baş vermiş yanğın təxminən 1400 kv. metr sahəni əhatə edib.  

Yanğının qarşısı alınarkən 1 yanğınsöndürən xəsarət alıb. Onun hündürlükdən yıxıldığı bildirilir.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı