Modern.az

Nemtsov ölümündən 3 saat əvvəl son müsahibəsini verib

Nemtsov ölümündən 3 saat əvvəl son müsahibəsini verib

Təhsil

28 Fevral 2015, 10:35


Boris Nemtsov öldürülməzdən 3 saat əvvəl “Exo Moskvı” radiostansiyasına martın 1-də keçirilməsi planlaşdırılan “Yaz” Marşı ilə bağlı müsahibə verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müsahibəsində deyib: “Biz marşın tələblərini hazırlayıb çap etmişik. Siyasi xarakterli tələblər də var, əlbəttə, onların arasında sosial-iqtisadi xarakterli də tələblər də yer alır”.

Nemtsov son müsahibəsində Ukraynada baş verənlərə də toxunub: “Ukraynadakı müharibə yubanmadan dayandırılmalıdır”. Tanınmış siyasətçi Rusiyada müxalifətin iştirakı ilə demokratik seçkilərin keçirilməsinin vacib olduğunu da vurğulayıb:

“Korrupsiya ilə bağlı bütün məlum işlər məhkəmədə baxış mərhələsinə çatdırılmalıdır, səhiyyə və təhsil sisteminə ayrılan xərclər müdafiə sahəsinə ayrılan vəsaitin azaldılması hesabına artırılmalıdır “.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı