Modern.az

Keçmiş deputat intihar etdi

Keçmiş deputat intihar etdi

Təhsil

28 Fevral 2015, 10:50


Fevralın 27-dən 28-nə keçən gecə Kiyevdə Regionlar Partiyasının keçmiş üzvü və sabiq deputat Mixail Çeçetovun meyiti aşkarlanıb.

Modern.az Ukrayna Kiv-nə istinadən xəbər verir ki, bu haqda Facebook səhifəsində jurnalist Artyom Şevçenko məlumat yayıb: “Mənim məhkəmə tibb ekspertizasındakı etibarlı mənbəm xəbər verib ki, bu gecə saat 1-ə yaxın Kiyevdəki Mişuqi küçəsi 2-də keçmiş deputat Mixail Çeçetovun meyiti aşkarlanıb.

O, arvadı ilə yaşadığı binanın 17-ci mərtəbəsindən düşüb. Ehtimal olunur ki, ölümündən əvvəl məktub yazıb. Mənzildə intihar zamanı Çeçetovun arvadı olub”.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!