Modern.az

Vurğun Əyyub Qubad İbadoğlunun 1-ci müavini təyin edildi

Vurğun Əyyub Qubad İbadoğlunun 1-ci müavini təyin edildi

Təhsil

1 Mart 2015, 13:55

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) 2-ci iclası keçirilib. Modern.az saytı xəbər verir ki, toplantıda ADR Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-ın Bakıdakı səfirliyində keçirdiyi görüş barədə məlumat verib. Toplantı iştirakçıları həmçinin ADR Hərəkatının təşkil etdiyi “Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin və gözlənilən nəticələrinin qiymətləndiriliməsi” mövzusunda ekspert müzakirəsininin nəticələrini müzakirə ediblər. Qərara alındı ki, belə formatda müzakirələr müxtəlif mövzular üzrə davam etdirilsin.
Gündəlikdə olan təşkilatı məsələlər üzrə geniş müzakirələr olub. İlkin olaraq İdarə Heyətinin üzvlərinin məsul olacağı sahələr - təşkilati, ümumi, konseptual, ictimaiyyətlə əlaqələr, demokratik təsisatlarla iş, avrointeqrasiya məsələləri, sahibkarlarla iş, sosial rifah məsələləri razılaşdırılıb. Eyni zamanda ayrıca olaraq icra aparatının və mətbuat xidmətinin yaradılması, eləcə də Ali Məclisin komissiyaları barədə də fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, mərkəzi strukturlar formalaşdırılmazdan əvvəl, qısa müddətdə onun idarəçilik sxemi işlənilsin, strukturlar arasında ireyarxiya, şaquli və üfuqi münasibətlər dəqiqləşdirilsin və hər bis sahəyə məsul şəxsin görəcəyi işin təsviri hazırlanaraq bütün bu sənədlərin layihəsi İH-nin müzakirəsinə çıxarılsın.

Toplantıda Qubad İbadoğlu nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək, ADR Hərəkatın sədri kimi imzaladığı ilk sərəncamla İH-nin üzvü Vurğun Əyyubu ADR Hərəkatı sədrinin 1-ci müavini təyin edib. İH üzvləri bu sərəncamı razılıqla qarşılayıb və yekdilliklə dəstəkləyiblər. Eyni zamanda nizamnaməyə müvafiq olaraq razılaşdırılıb ki, ADR Hərəkatı sədrinin martın 2-dən ABŞ-ın paytaxtı Vaşinqtona başlayan səfəri dövründə onun səlahiyyətlərini sədrin 1-ci müavini Vurğun Əyyub həyata keçirsin.
Toplantıda ADR Hərəkatının informasiya əlaqələrinin gücləndirilməsi, onun əhatə və təsir dairəsinin genişləndirilməsi üçün təkliflər də müzakirə olunub.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı