Martın 1-də Bakıda yazıçı Qurban Səidin məşhur “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayıb.
Modern.az-ın məlumatına görə, çəkilişlər, “İçərişəhər” metrostansiyasının qarşısında, İçərişəhərdə aparılır. Bakının sözügedən ərazisi sanki IX əsrə qayıdıb: atlı faytonlar, köhnə geyimli insanlar, neft maqnatlarına məxsus ilk avtomobillər...
Çəkilişlə əlaqədar İstiqlaliyyət küçəsi bağlanıb.
Film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – kitabda təsvir olunan yerlərdə çəkiləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən filmin yaradıcı heyəti əsasən əcnəbilərdi - ssenari müəllifi Kristofer Hempton, quruluşçu rejissoru Kris Tikye, baş rolun ifaçıları Maria Valverde (Nino) və Adam Bakridir (Əli).
Aktyor heyətinə məhşur kinoulduzlar Mendi Petinkindiator, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və Halit Ərgənç də daxildir.



Modern.az