Modern.az

ABŞ-da Netanyahu əleyhinə AKSİYA

ABŞ-da Netanyahu əleyhinə AKSİYA

Təhsil

2 Mart 2015, 10:11


ABŞ-da fəaliyyət göstərən yəhudi lobbisi Amerika-İsrail Əlaqələr Komitəsi  (AIPAC) Vaşinqtondakı “Convention Center”-də keçirdiyi konfrans zamanı bir qrup vətəndaş institutu nümayəndəsi İsrail əleyhinə aksiya keçirib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçıların bir qrupu həbs edilib. Etirazçılar İsrailin baş naziri Benyamin Netanyahunun əleyhinə “Netanyahu müharibə günahkarı”, “İranı bombalamayın, diplomatiyadan istifadə edin”, “Azad Fələstin”, “AIPAC amerikalı yəhudiləri təmsil etmir” şüarları səsləndiriblər.

Qeyd edək ki, İsrailin baş naziri ötən gün Vaşinqtona səfər edib.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!