Modern.az

İntihar edən erməni əsgərə görə 3 nəfər tutuldu

İntihar edən erməni əsgərə görə 3 nəfər tutuldu

Təhsil

2 Mart 2015, 15:14

Azərbaycanın işğal olunmuş torpaqlarında intihar edən Ermənistan ordusunun hərbçisi Albert Səfəryanın cinayət işi ilə bağlı 3 nəfər həbs olunub.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb. Həbs olunanlar gizir Araik Sukiasyan, əsgər Qevorq Kazaryan və kiçik çavuş Miqran Ovakimyandır.

Onlar Səfəryana qarşı fiziki zorakılıq tətbiq etdikləri üçün Cinayət Məcəlləsinin 2 maddəsi ilə mühakimə olunacaqlar.

Alber Səfəryan fevralın 27-si axşam saatlarında tabeliyindəki silahdan çənəaltı nahiyəsinə atəş açaraq həyatına qəsd edib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı