Modern.az

Müxalifət lideri Netmsovun dəfninə buraxılmadı

Müxalifət lideri Netmsovun dəfninə buraxılmadı

Təhsil

2 Mart 2015, 16:41


Moskvanın Presnensk rayon məhkəməsi ev dustaqlığı olan rusiyalı müxalifətçi və blogger Aleksey Navalnını Boris Nemtsovun dəfnində iştirak etmək üçün etdiyi müraciətə rədd cavabı verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hakim İrina Zubova Aleksey Navalnının mərhumla qohumluq əlaqəsində olmamasını əsas gətirərək belə bir qərar çıxarıb.

“Məhkəmə Navalının Boris Nemtsovun dəfnində iştirak etmək üçün etdiyi müraciətə baxıb və onun xahişini rədd edib”.

Navalnının vəkili isə hüquqlarını müdafiə etdiyi şəxsin mərhumla yaxın dost olduğunu və buna görə məhkəmədən onun martın 3-ü səhər saat 6-dan martın 4-ü səhər saat 6-ya qədər olan müddətdə azadlığa buraxılmasını istədiklərini deyib. Məhkəmə Navalnının iştirakı olmadan keçirilib.

Aleksey Navalnı metro stansiyalarından birinin qarşısında 1 mart mitinqi ilə bağlı təşviqat materialları payladığı zaman həbs olunub. Buna görə ona 15 sutka inzibati həbs verilib. Navalnının ev dustaqlığı martın 6-da başa çatacaq.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı