Modern.az

“Quran” motivləri əsasında müsabiqə elan edildi

“Quran” motivləri əsasında müsabiqə elan edildi

Təhsil

2 Mart 2015, 16:57

Azərbaycan Yaradıcılıq Fondu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-Kərim” motivləri əsasında hekayə” müsabiqəsi elan edir. Modern.az Yaradıcılıq Fonduna istinadən xəbər verir ki, müsabiqəyə bu gündən etibarən aprelin 15-ə qədər hekayələr göndərmək olar. Həcmi 10 min işarə olacaq hekayə müəllifləri üçün yaş məhdudiyyəti qoyulmur.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə təqdim edilən hekayələrin süjeti və ideyası “Qurani-Kərim” motivləri əsasında olmalıdır;
2. Müsabiqəyə göndərilən hekayələr 10 min işarədən az olmamalıdır;
3. Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan

Yaradıcılıq Fondunun elektron ünvanına göndərilməlidir; [email protected]

Hekayələr qəbulu üçün son gün 15 aprel 2015-ci ildir. Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaq.

Birinci yer – 700 manat
İkinci yer – 500 manat
Üçüncü yer – 300 manat

Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr veriləcək.

Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək, təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı