Modern.az

“Bakcell”-dən oğurluq edən şəxslər tutulub

“Bakcell”-dən oğurluq edən şəxslər tutulub

Təhsil

2 Mart 2015, 17:12

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” MMC şirkətinə məxsus ötürücü stansiyaların yerləşdiyi ərazidən  kommunikasiya batareyalarının oğurlanmasında şübhəli hesab olunan şəxslər Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində qısa müddət ərzində tutulub. Həbs olunan şəxslər  öz ifadələrində 12 ədəd batareyanı Bakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını  etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, həmin şəxslərin təqsiri sübut edilərsə, onları uzun müddətə  azadlıqdan məhrumetmə  cəzası gözləyir.

“Bakcell” MMC bildirir ki, şirkətin  ötürücü stansiyaları 24 saat ərzində işləyən təhlükəsizlik kameraları ilə təchiz olunub  və yüksək keyfiyyətli videogörüntülər təhlükəsizlik məqsədilə arxivləşdirilir. Bununla yanaşı, müvafiq obyektlərdə oğurluq və digər qanunsuz əməllərin  qarşısını almaq məqsədilə  siqnalizasiya və sair yüksək texniki vasitələrdən  istifadə olunur.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı