Hər gün qan donduran hekayələrinə bir yenisini əlavə edən “İraq Şam İslam Dövləti” (İŞİD) bu dəfə oğlunu axtarmaq üçün təşkilatın qərargahına gedən kürd bir anaya oğlunu yedirtdi.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kürd əsilli İngilis vətəndaşı Yasir Abdulla İngiltərənin “Sun” qəzetinə qorxunc bir bəyanat verib. Abdullanın iddiasına görə, İŞİD bir anaya öz oğlunun ətini yedirdib.
Eşitdiyi bu dəhşətli hadisədən sonra keçən il peşmergə cərgələrində 6 ay İŞİD-ə qarşı döyüşən 36 yaşlı Abdulla İraqa geri dönüb başladığı savaşı sonuna qədər aparacağını deyib.Abdullanın iddiasına görə, qan donduran hadisənin detalları belədir: “İŞİD tərəfindən Mosulda əsir düşən oğlunu xilas etmək üçün İŞİD qərargahına gedən ana uzun bir yoldan gəldiyi üçün olduqca yorğun halda idi. Onu heyrətamiz dərəcədə yaxşı və xoş qarşılayan İŞİD yaraqlıları yoldan gəldiyi üçün qadına şorba, plov və ət verib.
Yeməyi yeyən qadın sonra oğlunu soruşduqda yaraqlılar qadına “az əvvəl oğlunu yedin onsuz da” cavabını verib.
Modern.az