Modern.az

Türkiyədəki azərbaycanlı tələbə Azərbaycan Beynəlxalq Bankından şikayət etdi

Türkiyədəki azərbaycanlı tələbə Azərbaycan Beynəlxalq Bankından şikayət etdi

Təhsil

3 Mart 2015, 09:07

 

Modern.az Türkiyədə təhsil alan tələbə Əfqan Abbasovdan Beynəlxalq Bankla bağlı şıkayət məktubu alıb.  

 Məktubu olduğu kimi təqdim edirik:

  “Salam, mən Türkiyədə tələbəyəm. 3 ildir Beynexalq Bankın visa kartını işlədirəm. Mən ayın 19 u Türkiyədə kartımdan 4000 lira çəkmişəm. Pulu çəkəndən sonra hesabıma baxdım, 1307 manat qalıdrıd.   Üstündən 3 gün keçəndən sonra ayın 22-də kartımı yoxladım və məlum oldu ki, 418 manat pul var.

Bunun səbəbini araşdırdım. Məlum oldu ki, 4000 lirani ayın 22-də olan məzənnə ilə hesablayıblar və buna görə də hesabımdan 1754 manat çıxıblar.

Halbuki mən pulu çəkəndən 2 gün sonra dollar qalxıb. Bununla bağlı banka müraciət etdim. Cavab olaraq bildirildi ki, hansı gün pulu kartdan çıxarmısınızsa həmin günün məzənnəsi ilə hesablanır. 1 gün sonra isə başqa bir cavab verdilər.

 İndi mən nə etməliyəm...”.    


Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
2nd Azerbaijan International Investment Forum