Türkiyə hökumətində təmsil olunan 3 nazir istefaya gedəcək. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, bunu baş nazir Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, martın 6-da ədliyyə naziri Bəkir Bozdağ, daxili işlər naziri Efkan Ala, nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Lütfi Elvan vəzifələrindən gedəcəklər. Davudoğlu deyib ki, yeni ədliyyə naziri Kenan İpek, daxili işlər naziri Sebahaddin Öztürk, nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Feruddin Bilgin olacaqlar. Baş nazir onu da qeyd edib ki, 3 nazirin hökumətdən istefa vermələrinin səbəbi parlament seçkilərində iştirak etmək istəkləri ilə bağlıdır. Parlament seçkiləri bu il iyunun 7-də keçiriləcək.

Modern.az