
Martın 6-da Azərbaycanın 1 №-li elit Nizami Kino Mərkəzində növbəti türk ulduzunun imza günü və film nümayişi keçiriləcək.
Beləki, Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrık çəkdiyi və çəkildiyi “Yapışık kardeşler” komediya filmini Azərbaycan tamaşaçısına təqdim edəcək.
Halim və Selim iki şən və baməzə olan qardaşdırlar. Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xoşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar...
Filmdən əvvəl aktyor və rejissor İlker Ayırık avtoqraf sessiyası keçirəcək və mətbuatın suallarını cavablandıracaq.
Filmdə baş rolları İlker Ayirik ilə yanaşı Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər.
Filmin nümayişinə, sevimli aktyoru izləmək istəyən tamaşaçılar da qatıla bilər. Biletlər artıq satışdadır.
Hörmətli kinosevərlər, filmin ilk nümayişi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (//www.facebook.com/NizamiCinema?rf=hl)

F.Əliyeva