Modern.az

Elmar Məmmədyarov sloveniyalı spikerlə Mehdi Hüseynzadədən danışıb

Elmar Məmmədyarov sloveniyalı spikerlə Mehdi Hüseynzadədən danışıb

Təhsil

3 Mart 2015, 13:33


Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Sloveniya Milli Şurasının prezidenti Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Mitya Bervar Sloveniyanın qanunverici orqanında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanatı xatırladaraq, bəyanatda münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyini diqqətə çatdırıb.

12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa oyunlarına görə Azərbaycanı təbrik edən Mitya Bervar Sloveniya idmançılarının bu yarışlarda geniş tərkibdə iştirak edəcəyini söyləyib.

Elmar Məmmədyarov Azərbaycan ilə Sloveniya arasında tarixi bağlantıların olduğunu qeyd edərək, Sloveniyanın faşizmdən azad edilməsində şücaət göstərmiş azərbaycanlıların, xüsusilə Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya xalqı tərəfindən də əziz tutulmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyən Elmar Məmmədyarov ölkələrimiz arasında enerji, iqtisadiyyat və ticarət, sərmayələrin qoyulması, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və bütün dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğunu bildirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı