Böyük Britaniya vətəndaşlarının Türkiyə vasitəsi ilə İŞİD sıralarına qoşulmaq üçün Suriyaya getməsini əngəlləmək üçün çarələr axtarır.
Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə, problemdən çıxış yolu tapmaq istəyən Böyük Britaniyanın Daxili İşlər Nazirliyi İstanbula polis göndərməyi təklif edib.
Nazirlik qeyd edib ki, ingilis vətəndaşların İstanbuldan istifadə edərək Suriyaya getməsi əsas problemlərdən biridir. Buna görə də təklif edilib ki, İstanbuldakı hava limanlarında “polis dedektivləri” yerləşdirilsin.Qeyd edək ki, ötən həftə London sakini olan 3 qız İŞİD-ə qatılmaq üçün Türkiyəyə gəlib. Shamima Begum , Amira Abase ve Kadiza Sultana adlı ingilis vətəndaşlarının Londondan İstanbula getdiyi ve Bayrampaşa qarajında 18 saat avtobus gözlədikləri ortaya çıxmışdı.
Modern.az